F-1.az xatırladır ki, “qırmızılar” qış testlərində Karlos Saynsla ən sürətli üçüncü dövrəni vurublar. İtaliya komandası mövsümöncəsi testlərdə ümumilikdə 404 dövrə vurublar.
Şarl Lekler: “Hər şey birinci sıralanma turunda məlum olacaq. Əldə etdiyimiz məlumatlar bazadakı məlumatlarla üst-üstə düşür. Bu, yaxşı haldır. Hazırda bolidin balansı yaxşı görünür və boliddən razıyam. Keçən il isti havada sürəndə çətin olurdu. Bu il bolidin arxa tərəfi də daha yaxşı hiss elətdirir. Görək necə olur. Hələlik hər şey qaydasındadır”.