Ş.Lekler Kanadada xüsusi dəbilqə ilə yarışacaq

Ferrari komandasının sürücüsü Şarl Lekler bu həftəsonu Kanadada əfsanəvi Jil Vilnövün xatirəsinə xüsusi dəbilqə ilə yarışacaq.

F-1.az xatırladır ki, əfsanəvi Jil Vilnöv 1978-ci ildə Ferrari ilə karyerasının ilk qələbəsini qazanmışdı. Lakin 1982-ci ilin Belçika Qran Prisində dünyasını dəyişmiş və ondan sonra Kanadadakı trasa onun adı verilmişdi.

Lekler kanadalı əfsanənin ölümünün 40-cı ildönümündə Vilnövün 1979-cu ildə sürdüyü Ferrari 312T4-ü sürmüşdü.

Şarl Lekler: “Jil Vilnöv inanılmaz sürücü idi. Ferrari-yə olan sevgisini trasdakı performansından görmək mümkün idi. Bu həftəsonu istifadə edəcəyim dəbilqəmin dizaynı Jilin dəbilqəsindən ilhamlanıb.

Onun maşınını sürmək çox xüsusi idi. O vaxtlar maşınlar çox fərqli idilər. Maşına minəndə görürsünüz ki, müasir bolidlərdə təhlükəszilik tədbirləri tamamilə fərqlidir. O vaxtlar belə təhlükəli maşınlarla limitlərdə sürmək üçün çox güclü olmalı idiniz. Eyni zamanda o maşına minmək gözə və əyləncəli idi. Yəni ki, gözəl idi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*