Ş.Lekler: İstədiyimiz yerdə deyilik

Ferrari komandasının sürücüse Şarl Lekler bildirib ki, görüləcək işləri çoxdur.

F-1.az xatırladır ki, monakolu pilot Ciddə yarışına 12-ci yerdən başlasa da, finişə 7-ci yerdə çatıb.

Şarl Lekler: “İlk dövrə yaxşı idi. Təkərlərə də yaxşı nəzarət etdim, çünki Softla yarışa başladığım üçün narahat idim. Bu trasda Hard təkərlə sürürsünüzsə və DRS-dən istifadə edə bilmirsinizsə, işiniz çətindir. Buna görə də yarışboyu Karlosdan 1.5 saniyə geri qalırdım. Sonlara doğru isə xalı düşünərək, yarışı tamamladım.

Sözün düzü, görüləcək çox iş var, çünki qazanmaq istəyirik və istədiyimiz yerdə deyilik. Yenə də bu nəticəyə təəccüblənmirəm. Bəhreyndə təkərimiz çox yeyilirdi. Yəni ki, önümüzdə uzun yol var”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*