F-1.az xatırladır ki, monakolu sürücü sıralanma turunda 19-cu olaraq ilk dəfə komanda yoldaşı Erikssonu geridə qoyub. Sessiya vaxtı yerində fırlanan gənc sürücü mükəmməl reflekslə bolidi ram edə bilib.
Şarl Lekler: “Yerimdə fırlanmağımı çıxsaq, boliddən razıyam. Yaxşı ki, sessiyanın dayandırılmasına səbəb olmadım. Çox şey öyrənməliyəm. Amma sessiya pis keçmədi. Limitlərdə sürə bildim. Yerimdə fırlanmağımın səbəbi yaş porebrik idi. Əksər sürücülər yerlərində fırlandılar. Artıq yarışa hazırlaşırıq. Yarış tempimiz daha güclüdür. Ümumilikdə vahid dövrədəki performansımdan razı qaldım. Görək yarışda necə olacaq”.