F-1.az xatırladır ki, monakolu sürücü Avstriya yarışına 7-ci yerdə başlasa da, Ferstappen və Elbonun mübarizəni dayandırmaları və Həmiltonun cəza alması ilə yarışı ikinci yerdə bitirib.
Şarl Lekler: “Çox xoşbəxtəm. Qələbə qazanmış kimi hiss edirəm. Bu nəticəni gözləmirdim. Gözəl sürpriz oldu. Bu gün ikinci yeri tutmaqçün əla işlədik.
Lyuisin cəza alması ilə bəxtimiz gətirdi. Hədəfimiz fürsətləri dəyərləndirmək idi, çünki bolidin performansı bu nəticəyə imkan vermirdi. Hələ də çox geridəyik, amma hər şey mümkündür. Əsas odur ki, psixoloji cəhətdən üstün olaq.
Bu yarış Formula1 karyeramın ən yaxşısıdır, çünki yarış ərzində heç bir səhv etmədim”.