F-1.az xatırladır ki, “qırmızılar”ın rəhbəri Mattia Binotto qeyri-müəyyən hallarda üstünlüyü Fettelə verəcəklərini deyib.
Şarl Lekler: “Qərarı anlayıram. İstənilən komandada bir və ya ikinci sürücü seçilə bilər. Ancaq mən belə halda situasiyanı öz lehimə çevirməyə çalışaram. Bunu sınamalıyam. Ancaq belə vəziyyətlərdə dürüst olacam. Görək ilk yarışda nələr baş verir. Hazırda hər şey mənimçün yenidir. Sıralanma turunda mübarizə aparmaqda sərbəstik və onu keçməyə çalışacam. Bu, asan olmayacaq”.