Ş.Lekler: “Yuberdən sonra çətin idi”

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, ilk qələbəsini Antuan Yuberə həsr edib.

F-1.az xatırladır ki, Yuber şənbə günü Formula2 yarışında qəza edərək, dünyasını dəyişmişdi. Lekler kartinqə Hubertlə birgə başlamışdı.

Şarl Lekler: “Uşaqlıq xəyalımı reallaşdırsam da, dünəndən bəri çox çətin idi. Dostumuzu itirdik və belə hal çox çətindir. Bir yerdə böyümüşdük. Kiçik olanda ilk yarışımı onunla etmişdim. Esteban Okon və Pyer Qasli də var idi. Dünən olanlar məyusedicidir. İlk qələbəmdən həzz almasam da, bunu həmişə xoş xatirə kimi xatırlayacam. Çətin yarış idi. Yarışın sonlarında təkərlərlə bağlı problem yaşadıq. Lakin Macarıstan yarışına baxanda təkərlərə yaxşı nəzarət etdim. Yarışın sonu çətin idi. Həmilton sürətlə gəlib çatırdı. Təzyiq altında idim, lakin onu arxamda saxladığımçün xoşbəxtəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*