Ş.Lekler: Hərdən belə də olur

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, sprint yarışınds təkərləri tez yeyildiyi üçün çətinlik çəkib.

F-1.az xatırladır ki, monakolu sürücü sprint yarışının startında Ferstappeni keçsə də, yarışın sonlarında təkərləri yeyildiyi üçün niderlandlı rəqibinin hücumlarına tab gətirə bilməyib və ikinciliyə razı olub.

Şarl Lekler: “Yenə də ilk cərgədən başlayacağıq. Yarışın sonlarında təkərlərə görə problem yaşadıq və bunu təhlil etməliyik. Əsl yarış sabahdır və hazır olmalıyıq. Tempimiz yaxşı olsa da, sol öntəkərdə problem yaşadıq və uduzduq. Lakin hərdən belə də olur. Sabah daha güclü olacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*