F-1.az xatırladır ki, yarışın əvvəlində Lekler sürətli olduğu üçün komanda Fettelə onu buraxması üçün göstəriş vermişdi. Daha sonra komanda monakolu sürücünü tək pit-stoplu strategiyaya Hard təkərə keçirib. Buna görə də fərqli strategiyada olan Fetteli önə buraxmalı olub.
Şarl Lekler: “Bu yarışla bağlı problemim yoxdur. İlk pitlərə qədər sürətli idim. Həmişə öndə olmaq istəyirik və ötməyə icazə veriləndən sonra yarışa fokuslandım. Amma sonradan yavaş gedərkən yerimizi dəyişdirdik.
Hard təkərlərlə sona qədər getmək pis fikir deyildi. Amma təkərlər istədiyimiz kimi işlədi. Lakin Medium təkərlə də problem yaşadıq. Bunu təhlil etməliyik”.