Ş.Lekler: Hər şey korlandı

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, beşinci dövrədən etibarən hər şey korlanıb.

F-1.az xatırladır ki, monakolu sürücü son döngədə səhv edərək 5 saniyə cəza alıb və ikinciliyi itirərək, üçüncü olub.

Şarl Lekler: “Düzünü desəm, beşinci dövrədən etibarən hər şey pis olmağa başladı. Təkərlərlə bağlı çox çətinlik yaşadım. Hava şəraiti Sinqapuru xatırladırdı. Təkərləri tez qızdırsaq da, üç-dörd dövrədən sonra təkərlər əriyir. Bətbad gün idi, çünki dördüncü dövrədən sonra təkərlərimiz bitdi.

Maksı çempionluq münasibətilə təbrik edirəm. Ancaq mövsümün sonuna qədər əlimizdən gələni edəcəyik. Hədəfimiz mövsümü yaxşı nəticələrlə bağlamaqdır. Bilirdik ki, Maks çempion olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*