F-1.az xatırladır ki, monakolu sürücü sprint yarışına pouldan başlasa da, Peresin gerisində qalaraq, ikinci olub. Beləliklə, sprintdə də olsa, builki ilk podiumunu əldə edib.
Şarl Lekler: “Maşını dəyişməliyik. Bunu bilirik. Ancaq qanadda xırda dəyişikliklər mümkündür. Böyük dəyişikliklər edə bilmərik. Bu gün gördük ki, yarış tempində Red Bull-dan geridəyik. Biz də bunu gözləyirdik. Ancaq iki yarış əvvəl nə qədər geridə olduğumuzu unutmamalıyıq. İnkişaf edə bilmişik.
Hələ də istədiyimiz yerdə deyilik. Ancaq qazanmaq mümkünsüzdürsə, onda maksimum xal qazanmalıyıq. Bu gün ikincilik bizi xoşbəxt etdi. Sabah yenə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.