F-1.az xatırladır ki, Sinqapurdakı cümə sərbəst yürüşlərinin birincisində ötürmələr qutusunda problem yaşayan Lekler, ikinci sərbəst yürüşlərdə zəif performans göstərərək, 6-cı olub.
Şarl Lekler: “Mənimçün çətin gün oldu. İlk sessiyada problem çıxdı və istədiyimiz qədər dövrə vura bilmədik. İkinci sessiyada isə trasın vəziyyətinə görə narahat idim. Lakin topladığımız məlumatları təhlil edərək doğru addım atmağa çalışacağıq. Sinqapurda rəqiblərimizin güclü olacağını bilirdik. Ancaq mübarizə bitməyib”.
Ş.Lekler: “Heç nə bitməyib”
Ferrrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, cümə günü bərbad vəziyyətdə keçib.