F-1.az xatırladır ki, monakolu sürücü Suzukadakı yarışa 2-ci yerdən başlasa da, birinci döngədə Ferstappenlə təmas yaşayıb. Hollandiyalı sürücü bu təmasdan sonra mübarizəni dayandırmalı olub. Lekler isə pitə gəlib ön qanadını dəyişdikdən sonra yarışa davam edib və finişə 6-cı yerdə çatıb. Amma yarışdan sonra stüardlar 22 yaşlı sürücüyə 15 saniyə cəza verdikləri üçün Lekler 7-ci yeri tutub.
Şarl Lekler: “Pis start aldım. Bu, məni narahat elədi. Seb startdan əvvəl hərəkət etdiyi üçün reaksiyam zəiflədi. Buna baxmayaraq, start pis olmadı. Maksla mübarizədə böyük səhv elədim. Seblə Lyuisin gerisində idim və bolidin önünü itirdim. Bunu proqnozlaşdırmaq lazım idi. Lakin mən etmədim. Günah məndədir”.