F-1.az xatırladır ki, monakolu sürücü mövsümün son yarışı Əbu Dabidə 12-ci olaraq xalsız qalıb. Lekler son 3 yarışda sadəcə 1 xal toplaya bilib.
Şarl Lekler: “Təhlükəsizlik maşını trasa çıxanda harada olduğumuzu bilmirdim. Yəqin ki, 12 və 13-cü idik. Əgər pitə girsəydik, yenə də eyni yerdə bitirəcəkdik və ötmə mümkün olmayacaqdı. Çox şey dəyişməyəcəkdi. Sözün düzü, çətin mövsüm oldu. Növbəti mövsümü səbirsizliklə gözləyirəm. Görək necə olur.
Öz performansımdan razıyam. Bu il çox riskə getdim və əksər hallarda qarşılığını aldım. Bundan artığı mümkünsüz idi. Özümdən razıyam”.