F-1.az xatırladır ki, monakolu sürücü yarış ərzində Ferstappenlə mübarizə aparıb və sonda rəqibinin Fettellə təmasına görə ardıcıl 4-cü dəfə podiuma yüksəlib.
Şarl Lekler: “Karyeram ərzində ən çox həzz aldığım yarış idi. Üçüncülük əla nəticədir, amma çətin idi. Təhlükəsizlik maşınına görə yer itirdik və bu, yaxşı hal deyildi. Trasdakı mübarizəyə görə çox xoşbəxtəm. Avstriya yarışı mənim gözümü açdı. Sərt yarışa biləcəyimizi anladım. Belə mübarizələr gözəldir. Belə yarışa görə xoşbəxtəm”.