F-1.az xatırladır ki, monakolu sürücü lider Həmiltondan 1.1 saniyə geridə qalaraq, 4-cü olub.
Şarl Lekler: “Çox xoşbəxtəm. Sabahkı yarışa Medium təkərlə dördüncü yerdən başlayacam. Bu gün sınadıq. Düzü inanmırdım ki, bacararıq. Amma işə yaradı və bu, çox gözəl oldu. Yarışa başlamaq üçün əla yerdəyik.
Yarış tempində zəifik. Tempimiz olsa da, təkərləri rəqiblərimizdən tez yeyirik. Buna görə də medium təkərlə başlamaq bizə kömək edəcək”.