Ş.Lekler: Görməli işlərimiz var

Bu gün səhər sessiyasında işləyərək testləri başa vuran Şarl mövsüm barədə ehtiyatlı və nikbin danışıb.

F-1.az xəbər verir ki, monakolu sürücü görməli çox işlərinin olduğunu, maşını inkişaf etdirlə biləcəklərini hesab edir.

Şarl Lekler: “Düşünürəm ki, biz hər şeyi düzgün etdik. Yeni maşın daha yaxşı aerodinamikaya malikdir və daha rəqabətcil olmalıdır. Lakin bu, maşının bütün xüsusiyyətlərini dəyişib. Biz sözügedən dəyişikliyi gözləyirdik, lakin indi bu xüsusiyyətlər üçün optimal parametrləri tapmalıyıq.

Düzlüklərdə daha sürətli olacağımızı gözləyirəm, lakin bu, döngələrdə problemlər yaradacaq. Testlər cəmi üç gün davam etdi və biz hələ də parametrləri tapmaq üzərində işləyirik. Onları tapdıqda xeyli inkişaf edə biləcəyik.
SF-23 keçənilki maşından fərqlidir. Onu fərqli şəkildə sınaqdan keçirməliyik. Bunu anlamaq üçün testlər lazımdır. Mən bir neçə fərqli pilotluq üslubunu sınadım və səhər doğru olanı tapdım. Amma hələ görüləsi işlərimiz var”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*