F-1.az xatırladır ki, monakolu sürücü keçən il Formula2 üzrə Dünya Çempionu olduqdan sonra bu il Sauber komandası ilə Formula1-də debüt edib. Lekler debüt mövsümünə uğurlu başlamasa da, son 5 yarışın 4-dən xal alaraq 11 xal toplaya bilib.
İddialara əsasən, 20 yaşlı sürücü Ferrari ilə ikiillik müqavilə bağlayıb və gələn ildən Sebastyan Fettelin komanda yoldaşı olacaq. Lekler 2019-cu ildə 2 milyon, 2020-ci ildə isə 3 milyon avro maaş alacaq. Ferrari-nin bu müqaviləni Spa və ya Montsada açıqlaması gözlənilir…