F-1.az xatırladır ki, debütant sürücü son 3 yarışda komanda yoldaşı Markus Erikkssonu geridə qoya bilib. Son iki yarışdan isə xalla ayrılıb.
Xevi Puxolar: “O, potensial çempiondur. Həmişə ən güclü olmaq istəyir və maksimumu almamış sevinmir. Ətrafındakı insanlardan da eynisini istəyir. Onlar həmişə qalib gələn insanlardır, çünki həmişə öz limitlərinə çatmaq istəyirlər. Digər mükəmməl sürücülərdəki bütün gözəl keyfiyyətlərə sahibdir, amma müqayisə etmək istəmirəm. Bolidi təkmilləşdirsə, gözəl nəticələr ala bilər. İlk yarışlarda səhvlər etsə də, normaldır. Formula2-də hər şeyi qazanaraq gəlirsiniz və burada hamı çempiondur. İlk yarışlar onda şok təsiri yaratdı. Amma özünü təkmilləşdirə bildi. Sauber isə Formula1-ə başlaması üçün ən ideal yerdir”.