F-1.az xəbər verir ki, bəzi iddialara əsasən, monakolu sürücünün gələn il Haas və ya Sauber komandalarından birində yarışmaq ehtimalı var.
Şarl Lekler: “Karyeram ərzində adım-adıım irəlilədm. Buna görə də Formula2-də çempion olub, Formula1-ə keçmək istəyirəm. Çünki özümü hazır hiss edirəm. Daha bir il gözləmək istəmirəm. Çünki Formula2-də çempon olduqdan sonra bunu bir il qoruya bilmərəm. Gözləməyin faydası yoxdur. Ən böyük xəyalım qırmızı formanı geyinməkdir. Ümid edirəm ki, bu arzum bir gün rellaşar. Amma Formula1-də qaldığım müddətdə bütün alternarivləri dəyərləndirəcəm”.