F-1.az xatırladır ki, monakolu sürücü Saxirdə tras rekordu vuraraq poul qazanıb. Beləliklə, Lekler Formula1 tarixinin ən gənc poul qazanan ikinci sürücüsü olub.
Şarl Lekler: “Çox xoşbəxtəm. Əvvəlki yarışımda sıralanma turu performansımdan narazı qalmışdım. Avstraliyada son sessiyada səhvlər etmişdim və burada səhv etməməyə çalışdım. İlk cərgəni tutaraq əla iş gördük. Sebastyanı məğlub etmək çətin idi. Çünki o, mükəmməl sürücüdür və ondan çox şey öyrənmişəm və öyərənəcəm”.