Ş.Lekler Ferstappenə qəzəblidir

Ferrari komandasının sürücüsü Şarl Lekler rəqibi Maks Ferstappenin hücumunu ədalətli saymır.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Avstriya yarışının sonlarında Leklerə hücum edib və iki sürücü döngənin çıxışında təmas yaşayıblar. Red Bull komandasının sürücüsü buna görə stüardlar tərəfindən araşdırılır.

Şarl Lekler: “Yarış yaxşı idi. Amma sonlarda təkər düşündüyümdən çox yeyildi. Buna görə də Maks mənə çatdı. Hadisəyə də stüardlar qərar verəcəklər. Amma bolidin içindən sərt hücum etdiyi görünürdü. Kənardan necə görünür bilmirəm. Əvvəlki dövərə olduğu kimi xarici trayektoriyada idim. Onda döngənin çıxışında boşluq buraxmışdı. Lakin həmin dövrədə o boşluğu qoymadı. Buna görə də təmas elədik. Tras xaricinə çıxmalı oldum. Əks hücun etmək şansım olmadı. Utancverici haldır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*