Ş.Lekler: Ferrari zirvəyə yaraşır

Ferrari komandasının sürücüsü Şarl Lekler yarışda da tempini qorumaq istəyir.

F-1.az xatırladır ki, monakolu sürücü həm sprint, həm də əsas yarışa pouldan başlayacaq. Vahid dövrədə həmişə güclü olan Lekler bütün çətinliklərə baxmayaraq, Red Bull-ları qabaqlaya bilib.

Şarl Lekler: “Soft təkərlərlə bir az çətinlik çəkdim. Çünki son sessiyada idik və dünəndən bəri bu təkərlərlə işləmirdik. Çox vaxt keçməsə də, şərait fərqli idi. Təkərlərin davranışı da dəyişdi. Son cəhdimdə arxa tərəf çox qızdı.

Ancaq bunun sıralanma turuna təsiri olmadı. Karlos arxamda idi. Əgər onu ləngitmişəmsə, məyusam. Yenə də ilk cəhdimdən razıyam. Bunu yarışa əks etdirmək lazımdır. İndiyə kimi yarış tempində Red Bull-dan geri qalırdıq. Ümid edirəm ki, hamını təəccübləndirərik.

Görək bu gün sprintdə onlara nisbətdə haradayıq. Ferrari zirvədə olmalıdır və qələbə üçün hər şey edəcəm”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*