F-1.az xatırladır ki, Rəykkönenin “qırmızılar”la müqaviləsi ilin sonunda bitir və finlandiyalı sürücünün yerinə Daniel Rikkardo, Şarl Lekler kimi sürücülərin adı hallanır. Amma Ferrari-nin idarə heyəti Daniel Rikkardonu transfer etmək istəmir. Çünki komanda onsuz da Sebastyan Fettelə yüksək maaş verir və yüksək maaşlı ikinci sürücü istəmir. İtalyanlar buna görə planları dəyişiblər. Finlandiyalı sürücünün ayrılacağı ilə bağlı dedi-qodular günü-gündən artır və qərarın tezliklə açıqlanacağı gözlənilir.
Ferrari bu il Sauber-də çıxış edən Lekleri yaxından izləyir. Monakolu sürücünün builki performansı və 4 yarışdan xalla ayrılması Ferrari idarə heyətinin qərarına təsir edə bilər.