F-1.az xəbər verir ki, Şarl Lekler 2014-cü ildə Formula Renault 2.0 seriyasında 2 qələbə və 7 podium qazanmaqla, mövsümü ikinci yerdə başa vurmuşdu. Keçən il isə Formula3 seriyasında 4 qələbə və 13 podium qazanaraq, mövsümü 4-cü yerdə bitirmişdi.
Lekler bu il GP3 seriyasında mübarizə aparacaq və eyni zamanda Ferrari və Haas komandalarının developer sürücüsü olacaq.
Ondan başqa Jan Alezinin oğlu Culiano Alezi də Ferrari-nin Sürücü Akademiyasına qoşulub.
Qeyd edək ki, Alezi keçən il Formula4 seriyasında yarışırdı. O, mövsüm ərzində 3 qələbə qazanaraq, turnir cədvəlində 4-cü olmuşdu.
Alezi də bu il GP3 seriyasında çıxış edəcək…