F-1.az xatırladır ki, monakolu sürücü testlərdə 98 dövrə vurub və Soft təkərlərlə 1:17.746 nəticə göstərərək, günü lider bağlayıb.
Şarl Lekler: “Bir Ferrari sürmək heç vaxt normal təcrübə deyil. İlk dəfə özümü yarış bolidi sürmüş kimi hiss etdim. Bu, mənim üçün böyük şərəf idi. Bu fürsətə görə Ferrari-yə dərindən minnətdaram. Gördüyüm işdən razıyam. Mən belə hesab edirəm və ümd edirəm ki, komanda da eynisini düşünür. SF70H-i sürmək fantastik hissdir. F2 bolidindən sonra bu fərqli dünya idi. Daha geniş təkərlərə və yüksək asfaltayatma qüvvəsinə sahib olan F1 bolidini ilk dəfə sürdüm. Boksdakı işlərdən çox şey öyrəndim. Ferrari-də dünyanın ən yaxşı mühəndisləri işləyir və onlarla işləyərkən özümü rahat hiss etdim. Ən sürətli zaman nəticəsini göstərmək gözəldir, amma bu sadəcə bir testdir. Tətilə çox xoşbəxt formada çıxıram”.