F-1.az xatırladır ki, Ferrari bu il Bəhreyndə Leklerlə qələbəyə yaxın olsa da, son dövrələrdə mühərrik problemi yaşayaraq 3-cülüyə razı olmuşdular. Amma digər 3 yarışda “qırmızılar” Mercedes-dən geridə qalıblar.
Şarl Lekler: “Ferrari-də üzərində işlənməli çoxlu məlumatlar var. Buna öyrəşməliyəm. Burada işçilərlə tanış olmaqçün də vaxt lazımdır. Burada hamıdan gizli işləyən analitika komandası var. Bu, inanılmazdır. Ferrari-də bütün sahələrdə işləyən insanlar problemləri həll etməyə çalışırlar.
Avstraliyada yaşadığımız problemi tapdıq. Balansı düzəltmək istəyərkən səhv etmişdik. Bəhreyndə sazlanmalar yaxşı idi. Amma Çində bir az pis idi. Nəticədə Mercedes-dən geridə qaldıq. Bakıda balans yaxşı idi. Ancaq yarış tempində uduzduq.
İstənilən trasda yaxşı nəticələr üçün mübarizə apara bilərik. Bunun üçün düzgün sazlanmaları tapa bilərik. Sebastyanla fərqli sazlanmalar seçirik. Lakin ikimiz də çətinlikləri eyni formada hiss edirik”.