F-1.az xatırladır ki, monakolu sürücü keçən il Formula2-də Dünya Çempionu olduqdan sonra bu il Sauber komandası ilə Formula1-də debüt edib.
Şarl Lekler: “İlk sıralanma turumda komanda yoldaşımın gerisində qalsam da, razıyam. Çünki səhv etdim. Sonrakılarda səhv etməməyə çalışacam. Məncə, hər şeyə uyğunlaşmalısınız. Formula2-də sıralanma turunda yaxşı nəticə alsanız, rahat yata bilərsiniz. Yarışa az qalmış oyanıb starta hazırlaşarsınız. Formula1-də isə hər şey qarışıqdır. Proqram çox gərgindir. Bu, işinizin bir parçasıdır və etməlisiniz. Amma burada start Formula2-dəkindən asandır. F1-də daha çox yardım alırsınız və asanlıqla başlayırsınız. Pis start alsanız da, F2-dəki qədər yer itirmirsiniz”.