F-1.az xatırladır ki, monakolu sürücü Formula2-də çempion olduqdan sonra Sauber komandasına transfer olub və Formula1-də 5-ci mövsümünü keçirən Markus Erikssonun komanda yoldaşı olub.
İsveçli sürücü həm Avstraliyada, həm də Bəhreyndə sıralanma turunda Lekleri qabaqlayıb və Bəhreyndə komandaya mövsümün ilk xallarını gətirib.
Şarl Lekler: “O çox yaxşı sürücüdür. Hamı onu pisləyir, amma bu sözlərə layiq deyil. Melburn və Bəhreyndə çox sürətli idi və bu, mənim işimi çətinləşdirir. Lakin ondan çox şey öyrənə bilərəm”.