Ş.Lekler: “Ən yaxşı geridönüşümdür”

Sauber komandasının sürücüsü Şarl Lekler bildirib ki, Fransada karyerasının ən yaxşı geridönüşünü edib.

F-1.az xatırladır ki, monakolu sürücü Fransadakı sıralanma turunda 8-ci olaraq karyerasının ən yaxşı sıralanma nəticəsini qazanıb.

Şarl Lekler: “Doğrudan da inanılmazdır. İki gün ərzində etdiyim ən yaxşı geridönüş idi. Cümə günü əsl faciə idi. Bolidi yaxşı hiss etmirdim. Sürmək olmurdu. Gecə gec yatdım. Problemləri həll etmək üçü uzun müddət mühəndislərlə işlədik. Boliddən nələr gözlədiyimi başa düşdülər və lazımi dəyişiklikləri etdik. Əziyyətimiz bizi bu yerlərə gətirdi. Çətin yarış olacaq, çünki UltraSoft təkərlərlə başlayacağıq və bu, yaxşı olmadı. Asan olmayacaq və buna görə xal qazanmaq üçün əlimizdən gələni etməliyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*