Ş.Lekler: Ən yaxşı cümə günümüzdür

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Kanadada cümə günü özünü yaxşı hiss edib.

F-1.az xatırladır ki, Kanadada cümə günü çox qarışıq keçib və buna görə də bir söz demək çətindir. Lakin Şarl Lekler bu il ən yaxşı cümə gününü keçirdiyini deyib: “Özümüzü yaxşı hiss etmək cəhətdən ən yaxşı cümə günümüz idi. Boliddə özümü doğrudan da yaxşı hiss etdim. Pozitivəm.

Şənbə günü tamamilə yeni bir gün olacaq. Sözün açığı, cümə günündən şənbə gününə nəsə daşıyacağımızı inanmıram, çünki böyük ehtimalla yağış yağacaq. Çox qəribə olda da, yaxşı cümə günü keçirdik.

İspaniyadan sonra vacib dəyişiklik etmədik. Sözün açığı, bu paketi yarışlar keçdikcə öyrənirik. Getdikcə daha yaxşı vəziyyətə gətiririk. Boliddəki gördüyümüz hər iş doğru yöndə gedir. Buna görə vəziyyət yaxşıdır. Yarış tempimiz də çox yaxşıdır. Yəni ki, hər şey müsbət yöndədir. Ancaq hələ ki, cümə günü geridə qalıb. İndi isə əsas məqsəd bugünkü çətin hava şıraitində yaxşı sıralanma turu keçirib, bazar günü ən yaxşı nəticəni qazanmaqdır.

Hissiyyat cəhətdən ən yaxşı cümə günümüzü keçirdik. Qırmızı bayraqlara görə Soft təkərlərlə ikinci cəhdə çıxa bilmədik. Buna görə də sıralanma tempində bir az geridəyik. Ancaq dediyim kimi, bolidin yarış tempi yaxşı görünür. Məncə, hazırda getdiyimiz yönlə davam etməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*