F-1.az xatırladır ki, monakolu sürücü Montsadakı yarışda 4-cü olub.
Şarl Lekler: “DRS qatarı yarananda müdafiə oluna bilmirik. Birinci döngədə bunu gördük. Bu hal yarışı çətinləşdirdi. Lakin bu gün gücümün 200 faizini sərf etdim. Hər fürsəti dəyərləndirdim. Ancaq rəqiblərimiz düzlüklərdə çox sürətli idilər və buna görə də müdafiə oluna bilmədik. Ötmə etmək çətin olsa da, bizi ötmək çox asan idi.
Keçən il burada çox geridə qalmışdıq. Buna görə də inkişaf etdiyimizi deyə bilərik. Sükanı belə saxlamalıyıq.
Montsada karyeramın ən yaxşı 5 performansından birini göstərdim. Buna görə sevincliyəm. Amma tezliklə qələbələr qazanmaq istəyirəm.
- McLaren Mühəndislər kubokunda bizi qabaqlasa da, Danielə görə sevinirəm. O, yaxşı sürücüdür və yenidən formasını bərpa edir. Danielin performansını artırması komandamız üçün pis olsa da, rəqibimizin güclənməsi bizə uğur üçün motivasiya verəcək”.