Ş.Lekler: Əla iş gördüm

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, üçüncü yeri tutduğu üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, monakolu sürücü dördüncü başladığı Britaniya yarışında yerini qoruyaraq gedərkən, son dövrələrdə Valtteri Bottasın təkərinin partlaması ilə bu mövsüm ikinci dəfə podiuma yüksəlib. Amma gənc sürücü son dövrələrdə temp itirirdi və Daniel Rikkardo finişə çatarkən ondan sadəcə 1 saniyə geridə qalırdı.

Şarl Lekler: “Valtterinin təkər problemini eşidəndə yavaşladım. Daha sonra Karlos və Lyuis də problem yaşadı. Bəxtimiz gətirdi. Amma bu gün əla iş gördük. Təkərlərə yaxşı nəzarət elədim. Bolidin balansından çox razıyam. Düzdür, bolidin potensialı istədiyimiz kimi deyil, ancaq bu gün əlimizə düşən fürsətlərdən istifadə etdik.

Rəqiblərimin niyə təkər problemi yaşadığını bilmirəm. Bəlkə də, trasdakı qırıntılara görə idi. Lakin mənə elə gəlir ki, Valtteri ilə Lyuisin problemlıri fərqli yerlərdə başladı. Əmin deyiləm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*