Ş.Lekler: Düzlüklərdə sürətliyik

Ferrari komandasının sürücüsü Şarl Lekler düşünür ki, builki bolidləri düzlüklərdə daha sürətlidir.

F-1.az xatırladır ki, Ferrari keçən il düzlüklərdə zəif görünsə də, döngəli traslarda daha yaxşı idi. Bu il isə düzlük sürəti nisbətən daha yaxşıdır.

Şarl Lekler: “Seçimlərimizə görə bir yol seçməli idik. Düzlük sürəti keçən il zəif cəhətlərimizdən idi. Bu işə daha çox fokuslandıq və bunun bir hissəsini geri qazandıq. Döngələrdə isə sürət itirdik.

Lakin düşünürəm ki, yaxşı iş görmüşük və keçənilki problemləri aradan qaldırmışıq. Buna görə əminəm ki, bolidimiz daha yaxşıdır. Hər şey şənbə günü sıralanma turunda məlum olacaq.

Komandama və gətirdiyimiz yeniliklərə güvənirəm. Önümüzdəki aylarda nələr edəcəyimizlə bağlı planlarımız var və hər şey yaxşı görünür”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*