Ş.Lekler: Düzlük yoxdur deyə güclüyük

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Macarıstanın düzlüklərin az olması onlara kömək edib.

F-1.az xatırladır ki, “qırmızılar” keçən həftə düzlüklərdən bol olan Red Bull Rinqdə fiaskoya uğramışdılar. Lakin Formula1-in ən titullu komandası Hunqarorinqdəki bugünkü sıralanma turunda daha yaxşı nəticə göstərərək, ən sürətli üçüncü komanda olublar.

Şarl Lekler: “Özümü daha yaxşı hiss edirəm. Bu gün 5 və 6-cı yerləri tutduq. Yarış tempimiz sıralanma tempimizdən üstün olmalıdır. Ümid edirəm ki, yaxşı xallar qazanarıq.

Birinci və ikinci sessiyalarda çətin idi, amma son sessiya mənimçün daha yaxşı keçdi. Üçüncü cərgəni tutduğumuzçün xoşbəxtəm.

Yeniliklər barədə bir söz deyə bir söz deyə bilmərəm, çünki burada düzlük yoxdur. Döngələrdə sürətliyik və buna görə də rəqabətədavamlı olduq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*