F-1.az xəbər verir ki, ilk baxışda çoxları hadisənin onun maşınındakı hansısa problem ucbatından baş verdiyini düşünüb, lakin sürücü etiraf edib ki, günah özündə olub.
Şarl Lekler: “Düşünürəm ki, karyeramın zirvəsinə çatmışam, lakin belə səhvlərə yol verirəmsə, bütün bunlar mənasızdır. Çox xal itirirəm. İmolada 7, burada da 25 xaldan oldum. Yəqin ki, ən sürətli maşın bizdə idi. Mövsümün sonunda çempionluğu 32 xalla itirsəm, nəyə görə görə olduğunu biləcəm. Qəbuledilməzdir. Buna son vermək lazımdır və bir daha öz hərəkətlərimi ətraflı təhlil etməyə çalışacağam. Çünki maşının yerində fırlanması nədənsə qəribə idi.
Telemetriyaya baxmaq məcburiyyətindəyəm, amma hələ ki, buna nəyin səbəb olduğunu deyə bilmərəm. Yenə də düşünürəm ki, mənim səhvimdi. Bəlkə də çox aqressiv hərəkət etdim və buna görə maşının arxasına nəzarəti itirdim. Ümumiyyətlə, həftəsonu boyunca balans problemi çətinlik yaradırdı. Üstəlik, belə istidə stabilliyə nail olmaq da son dərəcə çətindir və yekunda səhv etdim. Və bu ən pis anda baş verdi…”.