Ş.Lekler: Dördüncülük qələbə kimidir

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Yubiley Qran Prisində qazandığı dördüncülük qələbəyə bərabərdir.

F-1.az xatırladır ki, monakolu sürücü 8-ci başladığı yarışda yaxşı performans göstərərək, finişə 4-cü yerdə çatıb.

Şarl Lekler: “Dördüncü yer qələbəyə bərabərdir. Bunu demək təbii ki, pisdir, amma real danışmalıyıq. Səhər mənə desəydilər ki, sən yarışı 4-cü yerdə bitirəcəksən, mən bunu qəbul edərdim. Bu, gözlənilməz idi və çox sevinirəm.

Bu temp haradan gəldi bilmirəm, çünki yarışın sonlarında təkər yeyilsə də, yaxşı dövrələr vururdum. Hətta, Bottası keçməyi belə düşündüm. Amma Mercedes-lə mübarizə apara biləcəyimizi bu il düşünməmişdim. Bu performansı haradan tapdığımızı təhlil etməliyik. Hard təkərlə əla işlədik və Həmiltonla mübarizə apardım. Amma ilk pitdən sonra təkərlərim yehilməsin deyə ona yer vermişdim. Lakin sonlarda podium uğrunda mübarizə aparırdım və müdafiə olundum”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*