F-1.az xatırladır ki, monakolu sürücü Zandfortdakı yarışa 5-ci yerdən başlayıb və sona qədər öndəki Pyer Qasliyə çata bilməyib.
Şarl Lekler: “Yarışda Pyerdən daha sürətli idik və həmişə fərqi bağlayıb ona çatırdım. Amma fərq iki saniyəyə düşəndə ona yaxınlaşmaq olmurdu. Xüsusən də, Soft təkərlərlə çox güclü idik. Daha sonra Hard təkərlər keçdik. O təkərlərlə işimiz daha çətin idi, ancaq tempimiz pis deyildi. Beşinci yeri tutduq, bəlkə də, 4-cü ola bilərdik. Heyif ki, sıralanma turunda geri qaldıq.
Növbədə Montsa var və ora Ferrari üçün xüsusidir. Bu il bolidimiz oraya uyğun deyil və geridə qala bilərik. Orada tiffozinin dəstəyinə ehtiyac var. Buna görə o yarışı səbirsizliklə gözləyirəm”.