F-1.az xatırladır ki, monakolu sürücü cümə sərbəst yürüşlərini zirvədə tamamlayıb. Gənc sürücü bir ara ötürmələr qutusu ilə bağlı problem yaşasa da, problem həll olunub.
Şarl Lekler: “Sözün açığı problemin nə olduğunu bilmirəm. Böyük problem deyildi. Texniki problemin olduğunu deyirlər, amma əslində heç bir peroblem yoxdur.
Sabah yağış gözlənilir. Buna görə də əlimizdən gələnin ən yaxşısını etməli və təkərləri doğru aralığa gətirməliyik. Yağışda bunları etmək çətinləşir. Sabah əsas hədəfimiz budur. Ümid edirəm ki, bunu bacararıq və üstünlük qazanarıq. Yenə də həftəsonuna yaxşı başladıq. Əla gün oldu. İkinci sessiyada bolidi düzəldə bildik və doğru yolu tapdıq. Doğru yöndəyik”.