Ş.Lekler: Doğru yoldayıq

Ferrari komandasının sürücüsü Şarl Lekler düşünür ki, hazırda müsbət yöndə addımlar atıblar və mövsüm bitənə qədər daha çox inkişaf edəcəklər.

F-1.az xatırladır ki, Ferrari komandası bolidin balansını düzəltmək üçün Macarıstana yeniliklər gətiriblər.

Şarl Lekler: “Doğru yöndə addımlar atırıq. Silverstounda gördüyümüz kimi külək hələ də zəif yönlərimizdən biridir. Amma irəliyə doğru addımlar armışıq və bilirik ki, hələ də inkişaf etməliyik.

Külək bizə çox təsir edir. Böyük ehtimalla peletondakı digər komandalardan çox təsirlənirik. Belə hallarda stabillik cəhətdən də problem yaşayırıq. Buna görə də ilin əvvəlində irəliyə doğru addım atdıq.

Artıq harada çətinlik çəkdiyimizi bilirik. Heyif ki, Silverstoun da bunlardan biri idi. Bilirdik ki, bizim üçün çətin olacaq. Şənbə günü gözlədiyimizdən yaxşı keçsə də, bazar günü gözlədiyimizdən pis keçdi.

Növbəti yarışlarda inkişaf edəcəyimizə dair şübhəm yoxdur. Təbii ki, problemlərimizi tapmaq üçün vaxta ehtiyac var. Ancaq bu yöndə doğru addımlar atmışıq. İndi isə əlimizdən gələni etməliyik.

Bəxtsizliyə inanmıram. Burada əksər hallarda zəif olmuşam. Keçən il yaxşı həftəsonu keçirsəm də, podiuma yüksələ bilmədim. Düzünü desəm, bu trasda yaxşı performans gösrə bilmirəm. Yenə də bu həftəsonu üçün özümə güvənirəm”.

Bu həftəsonu sıralanma turunda yeni formatdan istifadə ediləcək. Sürücülər birinci sessiyada Hard, ikinci sessiyada Medium və üçüncü sessiyada Soft təkərlərdən istifadə etməlidirlər.

Şarl Lekler: “Çox çətin olacaq, çünki yeni formatla birlikdə çox şey sınanacaq. Bu fürsət ola bilər, amma səhv qərar versəniz, bütün həftəsonunuz bərbad olar. Lakin bu da oyunun bir hissəsidir. Buna görə də düşünürəm ki, bəzi sürücülər üçün sürpriz yaşana bilər.

Düzü, çox şərh vermək istəmirəm, çünki nə gözləyəcəyimizi bilmirəm. Bəlkə sıralanma turundan sonra daha çox məlumat toplayarıq. Ancaq əlimizdəki təkər sayına görə çox çətin olacaq, çünki bunlardan istifadə etməliyik. Hələlik heç nə barədə proqnoz verə bilmirik”.

Qeyd edək ki, Şarl Lekler Hunqarorinqdə son dəfə GP3-də yarışarkən podiuma yüksəlib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*