F-1.az xatırladır ki, monakolu sürücü trasın vəziyyəti yaxşılaşdıqca tempini artırıb və üçücü yerə qədər yüksəlib. Lakin yarışın son dövrəsində ikincilik üçün Peresə hücum edərkən, səhv edib və nəticədə dördüncü pilləyə geriləyib.
Şarl Lekler: “Deməyə söz tapmıram. Hazırda sərt sözlər deyə bilərəm. Radioda vəziyyətimin necə olduğunu gördünüz. Çox məyusam. Yarışın bir hissəsində güclü idim, amma son dövrə… Hər şeyi zibilə döndərdim. Məyusam. İkinci ola bilərdim. Amma Sebastyana görə sevinirəm. Builki ilk podiumudur və buna layiqdir. Komanda üçün də yaxşı nəticədir.
Sebastyanı da, Lyuisi də təbrik edirəm. Heç kim onun istedadına şübhə etmirdi. Lyuis bu həftə çox problem yaşasa da, qalib gəldi. Çox təsiredicidir. Təbrik edirəm!”.