Ş.Lekler: Daha diqqətli ola bilərdim

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, çempionluğun itirilməsində özünün də rolu var.

F-1.az xatırladır ki, monakolu sürücü ilk 3 yarışdan sonra Ferstappeni 46 xal qabaqlasa da, mövsümü onun gerisində ikinci yerdə bitirib.

Şarl Lekler: “Bəzi yarışlarda daha diqqətli ola bilərdim, məsələn Fransa. Lakin son illərdə bu yöndən inkişaf etməyə çalışırdım. Bir neçə ildir Formula1-dəyəm. Artıq xırdalıqlara fokuslanmalı və 100 faiz performansımı göstərməyə çalışıram. Növbəti mövsümdə əsas hədəfim 100 faizlik performans göstərməkdir. Belə etsəm, daha yaxşı nəticələr gələcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*