F-1.az xatırladır ki, monakolu sürücü yarışın ilk dövrəsində Pereslə təmas yaşayıb və nəticədə mübarizə dayandırıb. Təkrarlara baxanda isə Leklerin öndə qalmaq üçün gec əyləndiyi diqqətdən yayınmayıb. Bu insidentdən sonra Ferrari sürücüsünün ön asılqanı qırılıb və Peres yerində fırlanaraq, geriyə düşüb. Maks Ferstappen isə iki sürücüdən qaçmaq istərkən bariyerlərə çırpılıb və mübarizəni dayandırıb.
Lekler qəzadan sonra verdiyi açıqlamada günahını boynuna alıb və Ferstappenin tənqidlərinə tuş gəlib. Beləliklə, 23 yaşlı pilot mövsümün son yarışı Əbu Dabidə startda 3 yer itirəcək.