F-1.az xatırladır ki, monakolu sürücü mövsümə yaxşı başlasa da, artıq 6 yarışdır ki, qələbə üzünə həsrətdir. Hazırda çempionatın lideri Ferstappendən 49 xal geri qalan Lekleri titul uğrunda çətin mübarizə gözləyir.
Şarl Lekler: “Sözün açığı, bir neçə yarışdır ki, ən yaxşı performansımızı göstərə bilmirik. Həmişə limitlərdəyik və çempion olmaq üçün bu lazımdır. Buna görə də komanda olaraq var qüvvəmizlə mübarizə aparacağıq. Hamı yenidən qalib gəlmək və itirdiyimiz xalları kompensə etmək üçün motivasiyalıyıq. Komanda üçün çətin dövr idi. Yenə də mövsümün əvvəlindən yaxşı işləyirik.
Problemləri həll etmək üçün vaxt lazımdır. Trasda gördüyümüz işlərə fokuslanmalıyıq. Belə olan halda güclü bolidə sahib ola bilərik. Son 4-5 yarışda işlər çətinləşdi, amma çempionluq hələ də mümkündür. Hələ də inamım var. Çətin olsa da, mümkündür”.