F-1.az xatırladır ki, monakolu sürücü keçən il mövsümə yaxşı başlasa da, həm öz səhvləri, həm də maşınının etibarsızlığına görə titulu əldən vermişdi.
Şarl Lekler: “Bəzən məşq belə etmək istəmirəm, amma həyat belədir. Bunlar mübarizənin bir hissəsidir. Qazanmaq mənə motivasiya verir. 2022-ci ildə bunu bacara bilməsək də, bu il bacarmaq istəyirəm. Bunun üçün hazır olmalıyam və məşqlər də bunun bir hissəsidir. Bolidə minəndə fiziki cəhətdən hazır olmalıyıq, çünki ən yaxşı sürücü olmaq üçün əlimizdən gələni edirik. Bu mənə motivasiya verir”.