Ş.Lekler: “Byanki üçün darıxıram…”

Ferrari Sürücü Akademiyasının dinləyicisi Şarl Lekler Akademiyanın keçmiş məzunu Byankinin balaca olarkən ona çox kömək etdiyini, həmin günlər üçün darıxdığını bildirib.

F-1.az xatırladır ki, Leklerin dostu olan Jül Byanki 2014-cü ildə Yaponiya Qran Prisində ağır qəzaya uğramış, ondan 9 ay sonra – keçən ilin iyul ayının 17-də vəfat etmişdi.

Son 2 ildə Ferrari ilə müxtəlif testlərdə iştirak edən Lekler dünən də Silverstounda komandasını təmsil edib. O, Byanki haqqında da danışıb və bunları deyib: “Onu uşaqlığımdan çox yaxşı tanıyırdım. O, mənə yol götərirdi və yarışların çoxunda mənə kömək edirdi. İndi isə Jül yoxdur və onun olmaması mənim üçün çətindir. Onun mənə kömək etdiyi günlər üçün çox darıxıram.

Mənə çox məsləhət verirdi. Onun dediklərinin hamısını yadımda saxlamışam və əməl etməyə çalışıram. O yaşasaydı, əminəm ki, Ferrari-də yarışardı. Amma yenə də akademiyadan top komandalarda yarışa biləcək sürücülərin çıxacağına əminəm”.

 

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*