Ş.Lekler: Bu gün poula layiq deyildim

F-1.az bildirir ki, bu il sıralanma turlarının ən yaxşı sürücüsü Silverstounda yalnız üçüncü ola bilib və səhvin özündə olduğunu etiraf edib.

Şarl Lekler: “Nəticəmdən məyus oldum. Amma Karlos üçün xoşbəxtəm – əla iş gördü. Bilirdim ki, son dövrəmdə əlimdən gələni etməli, hər şeyi bir araya gətirməliyəm. Lakin yerimdə fırlandım, ona görə də poula layiq deyildim. Üçüncülük də yaxşıdır, ümid edirəm sabah qalib gələrəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*