F-1.az xatırladır ki, Lekler Britaniya, Macarıstan və Almaniya Qran Prilərinin sərbəst yürüşlərində trasa çıxmışdı. Lekler Malayziyada ilk sərbəst yürüşlərdə trasa çıxmalı idi, amma Haas bu qərarı Braziliya yarışına təxirə salıb. Bunun əsas səbəbi isə Leklerin GP3 proqramına mane olmamaqdır.
Xatırladaq ki, Lekler keçənilki F3 çempionatını 4-cü yerdə bitirmişdi. Bu il isə GP3-də mübarizə aparır. Fransalı sürücü 3 qələbə qazanaraq hazırda çempionatda liderdir.
Qeyd edək ki, Lekler Ferrari Sürücü Akademiyasının dinləyicisidir…