F-1.az bildirir ki, monakolu sürücü bu dəyişikliyə görə Braziıiya yarışının startında 10 yer itirəcək. Buna görə də 22 yaşlı pilotun İnterlaqosdakı yarışda aqressiv olması gözlənilir.
Mattia Binotto: “Ostində istədiyimiz nəticəni qazana bilmədik və məyusuq. Sebastyanla ardıcıl yeddinci poulu kiçik fərqlə qaçırtdıq, amma rəqabətədavamlı olduğumuzu göstərdik. Yarışda isə Şarlın tempi bərbad idi, amma pit-stopdan sonra düzəldi. Braziliyada hər şeyə sıfırdan başlayacağıq. Şarl yeni motorla yarışacaq. Bu da o deməkdir ki, startda yer itirəcəyik. Lakin biz mövsümü mübarizə apararaq bitirmək istəyirik”.