F-1.az xatırladır ki, monakolu sürücü Mayamidə ən pis yarışlarından birini keçirib. O 7-ci başladığı yarışda uzun müddət Kevin Maqnussen ilə mübarizə aparıb. Lekler danimarkalı rəqibini bir neçə dəfə keçsə də, sonra əks hücumə görə yenidən geriyə düşüb. Yarışın sonlarında isə Həmiltonun hücumlarına tab gətirməyib və yarışı başladığı yerdə – 7-ci – tamamlayıb.
Şarl Lekler: “Boliddəki ən böyük problem stabillikdir. Bolidin reaksiyası hər döngə dəyişir. Eyni döngədə əvvəl arxa, sonra da ön tərəf sürüşür. Külək də bizə çox təsir etdi. Buna görə bolidi nəzərdən keçirməliyik. Sürətlə gedəndə maşın asgalta çırpılırdı. Bunu açıqlaya bilmirik. Şənbə günü bu problemlə qarşılaşmadıq. Məlumatlara abxacağıq.
Bolidimiz keçən ilə nisbətən çox fərqlidir, ancaq Red Bull daha da güclənib. Aston MArtin də ekçən ilə nisbətən fərqlidir. Mercedes də yarış tempində daha güclüdür. Buna görə də bu nəticə sürpriz deyil.
Bolidimizin küləyə qarşı çox həssas olduğu dəqiqdir. Bu da bizə problem yaradır. Bunu həll etməyə çalışırıq. Bəzən irəliyə doğru addım atdığımızı hiss edirik. Daha sonra şərtlər dəyişir və özümüzü ideal pəncərədən uzaqda tapırıq. Bunun üzərində işləməliyik”.